Paytaxt məktəbində Qazaxıstan nümayəndə heyəti ilə görüş
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 20 nömrəli məktəb-liseydə Qazaxıstan Həmkarlar İttifaqını təmsil edən nümayəndə heyəti ilə görüş keçirilib.
Qazaxıstan Həmkarlar  İttifaqları Federasiyasının sədr müavini, Qazaxıstan Elm və Təhsil işçiləri Həmkarlar İttifaqının sədri  (QETİHİ) Aygül Mukaşevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Azərbaycan Təhsi̇l İşçi̇ləri̇ Azad Həmkarlar İtti̇faqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, ATİAHİ-nin Respublika Komitəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Səbuhi İmanov, ATİAHİ-nin Respublika Komitəsinin Yasamal rayon şöbəsinin sədri Rövşən İbrahimov  iştirak ediblər.
Məktəb-liseyin direktoru Esmira Ağayeva qonaqlara təhsil ocağında tədris prosesinin təşkili, pedaqoji heyətin iş şəraiti, innovativ texnologiyalardan səmərəli istifadə və yeni təlim proqramlarının mənimsədilməsi barədə ətraflı məlumat verib.
Qonaqlar məktəb-liseydəki Heydər Əliyev muzeyi ilə tanışlıqdan sonra  “Şuşa, sən azadsan!” adlı “Dəyirmi masa”da iştirak ediblər.
Qazaxıstan nümayəndə heyəti, həmçinin Qarabağda qazanılan zəfərdən sonra Prezident İlham Əliyevin işğaldan azad edilmiş rayonlara səfərlərinə həsr olunmuş “Böyük qayıdış” kitabının təqdimatının keçirildiyi “Açıq dərs”də iştirak ediblər.
Daha sonra qonaqlar kimya, Rəqəmsal bacarıqlar və STEAM dərslərini izləyiblər.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo