Martın 5-də ATİAHİ Şirvan şəhər komitəsi və Şirvan Şəhər Uşaq Gənclər İdman - Şahmat Məktəbinin (UGİŞM) birgə təşkilatçılığı ilə 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar tədbir keçirilib.
Şirvan şəhəri UGİŞM-in direktoru Ramil Tağıyev çıxış edərək bu Günün yaranma tarixindən və əhəmiyyətindən, məktəbin məşqçi müəllimlərinin uğurlarından danışıb.
ATİAHİ Şirvan şəhər komitəsinin sədri Niyazi Nəcəfov isə bütün məşqçi müəllimləri və idmançıları İdman Günü ilə əlaqədar təbrik edib, qabaqcıl məşqçi müəllimləri qiymətli hədiyyələrlə mükafatlandırıb.
Respublikanın Əməkdar məşqçisi Ramiz Hacıyev, məşqçi müəllim Əhməd Əskərov çıxış edərək idmançılara göstərilən diqqət və qayğıya görə məktəb rəhbərliyinə və həmkarlar komitəsinə minnətdarlıq edib.