Martın 17-də Şirvan Şəhər Təhsil Şöbəsi və ATİAHİ Şirvan şəhər komitəsi “İlin peşəkar gənci” müsabiqəsinin qalibi olmuş Şirvan şəhəri E.İmanov adına 10 saylı tam orta məktəbin riyaziyyat müəllimi Natəvan Nəcəfova ilə görüş təşkil edib.
Təhsil Şöbəsinin müdiri Rövşən Allahverdiyev görüşdə çıxış edərək Natəvan müəllimin fəaliyyətindən, təhsilimizə verdiyi töhfələrdən, ziyalı kimi davranışlarından danışıb və ona sonrakı fəaliyyətində uğurlar diləyib.
ATİAHİ Şirvan şəhər komitəsinin sədri Niyazi Nəcəfov isə çıxışında ATİAHİ Respublika Komitəsinin gənc təhsil işçilərinə qayğısından danışıb, belə müsabiqələrin təşkil edilməsinin, qaliblərin Fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılmasının gənclərə motivasiya olduğunu qeyd edib.
Sonra N.Nəcəfovaya ATİAHİ Respublika Komitəsinin Fəxri fərmanı və qiymətli hədiyyələr təqdim olunub.
Sonda N.Nəcəfova göstərilən diqqətə görə, ATİAHİ Respublika Komitəsinə və tədbirin təşkilatçılarına minnətdarlıq edib.